Çində yeni təhlükəli virus yayılıb
Britaniyanın “Lancet” tibb jurnalı məlumat verib ki, H10N8 ştammı insan orqanizmində sürətlə inkişaf edə bilən genetik özəlliklərə malikdir. Alimlər ehtimal edirlər ki, yeni ştamm bir neçə virus qrupnunu mübadiləsi nəticəsində formalaşıb.
H10 və N8 seqmentləri vəhşi quşda birləşərək sonradan ev quşlarını yoluxdurublar. Sonradan virus H9N2 seqmenti ilə gen dəyişiminə girib və nəticədə 6 əsas gen formalaşıb. Bu isə H10N8-ə insanı da yoluxdurmağa imkan verir.
Şanxay bioloji məhsullar institutunun araşdırmaçıları Çinin ikinci ən böyük gölü sayılan Duntixdə yeni virusun çöplərini aşkarlayıb. Hazırda onlar xəstəliyin siçanların orqanizmində necə inkişaf etdiyini müəyyən etməyə çalışır.
Təcrübədə iştirak edən alimlərdən Çen Çze xəstəliyin çox təhlükəli olduğunu söyləyib.
“Heyvanlar üzərində aparılan təcrübələr göstərdi ki, virus 6-cı nəsildə daha da təkminləşir və orqanizmə böyük zərər vurur. Virus çox aşağı temperaturlarda belə yaşamaq qabiliyyətinə malikdir. Buna görə, bizə quş fermalarında nəzarəti gücləndirmək lazımdır”.
Fevralın 1-də Çzyansi əyalətinin səhiyyə orqanları H10N8 virusuna yoluxmuş 2-ci şəxs barədə məlumat yayıb. Onun təsərrüfat yarmarkasını ziyarət etməsindən sonra xəstələndiyi bildirilir. Hələ ki, virus insandan insana keçmir.
Vüqar İsmayılov