Mahir Zeynalovla bağlı Türkiyədən AÇIQLAMA
Qeyd edilib ki, qanunun 19-cu maddəsi Türkiyədə yaşayan xarici vətəndaşların ölkə ictimaiyyəti, siyasi və inzibati dairələr üçün təhlükəli hesab olunduğu təqdirdə onların deportasiyasını nəzərdə tutur.
Bu davranış ölkədə mətbuat azadlığına təhlükə törədir. Çərşənbə günü isə Türkiyə Böyük Millət Məclisində İnternet saytları haqqında yeni qanun qəbul olunub. “Todays Zaman” dərc etdiyi yazıda adı çəkilən qanun haqqında ekspertlərin fikri yer alır və bildirir ki, bu, internet üzərində dövlət nəzarəti və müxalifəti susdurmaq cəhdləridir.
Mahir Zeynalovun deportasiya barədə qərarı Baş Nazirliyin Koordinasiya Mərkəzinin M.Zeynalovun tvitterdə yazdıqlarının həqiqətəi əks etdirmədiyi barədə elanından sonra verilib.
M.Zeynalov 2013-cü il dekabrın 25-də keçirilən rüşvət və qaçaqmalçılıq əməliyyatları ilə bağlı Ərdoğan haqqında tənqidi tvitlər yazıb. Rəcəb Tayyib Ərdoğan isə öz çıxışlarında bu cür tvitləri xalqı nifrət və düşmənliyə təhrik etmək kimi qiymətləndirirdi.
Mahir Zeynalov isə ötən gün verdiyi rəsmi ifadəsində qeyd edib ki, o, sadəcə iki xəbərin linkini paylaşıb və xalqı nifrət və düşmənliyə təhrik edəcək heç nə yazmayıb.
Hökumətin media və müxalifət üzərindəki təzyiqi artıq Avropa Birliyi və beynəlxalq KİV tərəfindən tənqidə məruz qalıb.
Freedom House təşkilatının bazar ertəsi yaydığı hesabatda da qeyd olunur ki, Türkiyə hökumətinin mediaya etdiyi təzyiq demorkatiyaya uyğun gəlmir. Hesabata görə türkiyənin bəzi jurnalsit və redaktorları yazdıqları mbəzi məqalələrdən sonra baş nazirin ofisindən gələn zəgnlər barədə danışıblar.
“Todays Zaman”ın dərc etdiyi məqalədə o da qeyd edilir ki, Mahir Zeynalovun deportasiyası həm də Türkiyədə çalışan xarici ölkə vətəndaşı olan jurnalsitlərin çətinliklərinə diqqəti cəlb edir.
Xarici jurnalistlər Türkiyədə işləmək və yaşamaq üçün icazə almaq üçün öz ölkələrindəki Türkiyə səfirliyindən viza və Baş Nazirlik yahnında Mətbuat və İnformasiya Baş katilbiyindən press-kart almalıdır. Mahir Zeynalovun 4 illik press-kartı olub və bu il yenilənmənsi üçün adı çəkilən quruma müraciət edib.
M.Zeynalovun 2014-cü il martın 10-dək Türkiyədə yaşamaq üçün icazəsi və qeyd olunan press-kartı var.
Fatimə Kərimli