ABŞ İran teleradiosuna sanksiyaları dayandırıb

ABŞ İran teleradiosuna sanksiyaları dayandırıb
  07 Fevral 2014    Oxunub:832
“İran teleradio təşkilatına qarşı sanksiyaların dayandırılması müvəqqətidir”.
AzVision.az- ın“BBC”ə istinadla verdiyi xəbərə görə, bu barədə ABŞ xarici işlər nazirliyi bəyanat verib. Bildirilib ki, İran teleradio təşkilatına qarşı sanksiyaların dayandırılmasını müvəqqətidir və bu sanksiyalar hər bir an yenidən bərpa edilə bilər.

Bəyanatda bildirilib ki, İran höküməti ölkə daxilində peyklərdən yayımlanan telekanallara maneəçilik törətmədiyini bildirib və buna görə ABŞ sanksiyaları dayandırıb.

Bildirək ki, İran Teleradio Təşkilatı ABŞ sanksiyalarının hədəfində olan dövlət şirkətlərindən biri idi. Təşkilata sanksiyaların tətbiq edilməsi şirkətin sədri İzzətullah Zərğaminin İran nüvə proqramı ilə əlaqəli olması idi.


Teqlər:





Xəbər lenti