Sarkisyan Tovuzla sərhədə yol çəkdirir

Sarkisyan Tovuzla sərhədə yol çəkdirir
  07 Fevral 2014    Oxunub:1748
Ermənistanın Tavuş vilayətində Azərbaycanın Tovuz rayonu ilə sərhəddə dövlət əhəmiyyətli alternativ yolun tikintisi davam edir.

AzVision.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, Ermənistan tərəfi bu tikintinin atəşkəs rejiminin tez-tez pozulması ilə əsaslandırıb.

3,1 kilometrlik yeni yolun 2014-cü ilin iyununda istifadəyə verilməsi nəzərdə tutulub. 6-7 metr enə malik yolun ətrafında torpaqdan müdafiə sədləri və baryerlər quraşdırılacaq.

Ümumilikdə, layihəyə Ermənistan büdcəsindən 1,1 milyon dollar vəsait ayrılıb.

Tavuş vilayəti rəhbərliyi Parakavar-Vazaşen yolunun daim Azərbaycan ordusu tərəfindən atəş altında saxlandığına görə, bu addımı atdıqlarını bildirib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti