Qazaxıstan adını dəyişir

Qazaxıstan adını dəyişir
  07 Fevral 2014    Oxunub:1226
Qazaxıstan prezidenti Nursultan Nazarbayev mütləq ölkənin adının dəyişdirilməli olduğu fikrindədir.

Atırau şəhərində intellektual məktəbi ziyarət edən qazax prezident məsələ ilə bağlı xalqla məsləhətləşmələrin aparılmalı olduğunu vurğulayıb.

“Bizim ölkənin sonluğunda digər Mərkəzi Asiya ölkələrində olduğu kimi “stan” sonluğu var. Mümkündür ki, vaxtla biz ölkəmizin adının “Qazax eli”nə dəyişmək məsdələsini qaldıraq. Amma bunun üçün ilk növbədə xalqla mütləq məsləhətləşmək lazımdır”.

Nursultan Nazarbayevin fikrincə, 17 milyonluq Qazaxıstana xarici investorlar az maraq gösətirir. Xarici kapitalın yatırılmasına yalnız metal və neft sektoruna yönəlməsini prezident ölkənin adındakı “stan” sonluğu ilə əlaqələndirir.

“Bizim üstünlüyümüz çoxmillətli olmağımızdadır”-deyə sonda Nazarbayev bildirib.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti