3 günlük atəşkəs elan edildi

3 günlük atəşkəs elan edildi
  07 Fevral 2014    Oxunub:1137
Ölkənin ən böyük şəhərlərindən Homsda 3 gün atəş səsləri eşidilməyəcək.
Rəsmi Dəməşq “Cenevrə-2” danışıqlarının növbəti mərhələsində iştirak etməyə hazır olduğunu bildirib.

Danışıqların fevralın 10-da baş tutması gözlənilir. Bu barədə Suriya Xarici İşlər nazirinin birinci müavini Feysəl Mekdad məlumat verib.
“Suriya Ərəb Respublikasının nümayəndə heyətinin Cenevrə konfransının ikinci mərhələsində iştirak etməsi ilə bağlı qərar artıq qəbul olunub”-deyə hökumət nümayəndəsi məlumat verib. Bununla yanaşı, Mekdad qeyd edib ki, hökumət nümayəndələri danışıqlarda hər bəndi ayrıca müzakirə edəcəklər.

Eyni vaxtda Rusiya Xarici İşlər Nazirliyi Suriya hakimiyyəti ilə BMT nümayəndələri arasında Homs şəhərində atəşkəsin təmin olunması barədə razılaşma əldə olunub.
3 gün ərzində Homsda döyüşlər dayandırılacaq.

Bundan başqa, danışıqlar zamanı Homs şəhərindən dinc əhalinin evakuasiya olunması da razılaşdırılıb. Şərtə görə, bütün uşaqlar, qadınlar və yaşı 55-dən yuxarı olan kişilər döyüş zonasının maneəsiz tərk edə bilərlər. Onların müvəqqəti düşərgələrə yerləşdiriləcəyi gözlənilir. Öz evlərində qalmaq istəyən sakinlər isə BMT-nin göndərdiyi humanitar yardımla təmin olunacaq.
Artıq əməliyyatın başlandığı və sakinlərin evakuasiya olunduğu bildirilir.

Rəsmi Moskva isə Olimpiya Oyunları ilə bağlı razılaşmanı gələcək sülhə doğru bir addım kimi dəyərləndirib.

AzVision.az


Teqlər:  





Xəbər lenti