Bosniya və Herseqovinada iğtişaşlar - VİDEO

Bosniya və Herseqovinada iğtişaşlar - VİDEO
  08 Fevral 2014    Oxunub:1155
Bosniya və Herseqovina şəhərlərini iğtişaşlar bürüyüb, xeyli sayda xəsarət alan var.
Bosniya və Herseqovinada sosial-iqtisadi vəziyyətdən narazı olan vətəndaşlar ölkənin onlarla şəhərində irimiqyaslı etiraz aksiyaları keçirirlər.

AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bəzi şəhərlərdə iri iğtişaşlar başlayıb.

Paytaxt Sarayevoya toplaşan minlərlə insan dövlət qurumlarına hücum edir. Polislə etirazçılar arasında toqquşma hər iki tərəfdən ən azı 50 nəfərin xəsarət alması ilə nəticələnib. Üç polis əməkdaşı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Tuzla şəhərində etirazçıların sayı 13 min nəfərə çatıb. Burada yerli hökumət binası yandırılıb. Zenitse şəhərində isə qarşıdurmalar 20 nəfərin yaralanmasına səbəb olub. Yerli administrasiyanın binası yandırılıb, bir neçə avtomobil yararsız hala salınıb.

Qeyd edək ki, Bosniya və Herseqovina Avropanın ən kasıb ölkələrindən hesab edilir, burada işsizlik səviyyəsi 44 faizə çatır.




Teqlər:  





Xəbər lenti