Azərbaycanlı professora `Atatürk mükafatı` verildi

Azərbaycanlı professora `Atatürk mükafatı` verildi
  08 Fevral 2014    Oxunub:1614
Professor Vaqif Abbasov Beynəlxalq “Atatürk mükafatı”na layiq görülüb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Y.Məmmədəliyev adına Neft–Kimya Prosesləri İnstitutunun direktoru, AMEA -nın müxbir üzvü, professor Vaqif Abbasov daha bir mükafata - Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının Beynəlxalq Mükafat Komitəsinin 2014–cü il 29 yanvar tarixli qərarı ilə Beynəlxalq “Atatürk mükafatı”na layiq görülüb.

AzVision.az xəbər verir ki, AMEA-nın Y.Məmmədəliyev adına Neft–Kimya Prosesləri İnstitutundan AzərTAc-a bildiriblər ki, professor V.Abbasova bu mükafat türk dünyası elminin, təhsilinin və iqtisadiyyatının inkişafı istiqamətində mühüm xidmətlərinə görə verilib.


Teqlər:





Xəbər lenti