Sabah hava necə olacaq?

  22 Mart 2013    Oxunub : 591
Sabah hava necə olacaq?
Sabah hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq, əsasən yağmursuz keçəcək, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir. Havanın temperaturu gecə 5-9°, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacağı gözlənilir.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 1-6° isti, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 18-23° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, KəlbəcərDaşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.Havanın temperaturu gecə 2-6°, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında əsasən yağmursuz, keçəcək, gecə və səhər zəif duman olacaq. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Havanın temperaturu gecə 5-9° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 1-6°, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.

Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarındaəsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 4-9°, gündüz 15-20°, bəzi yerlərdə 24°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaq. Havanın temperaturu gecə 5-8°, gündüz 15-18° isti,
dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir.

Teqlər: