Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapıldı

Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapıldı
  23 Noyabr 2020    Oxunub:6540
Xalq artisti Səfurə İbrahimova evində huşsuz vəziyyətdə tapılıb.
Azvision.az xəbər verir ki, bu barədə jurnalist Əli Novruzəliyev bildirib. Onun sözlərinə görə, 2-3 gün idi ki, aktrisadan xəbər yox idi. Tənha yaşayan Xalq artisti nə evdən çölə çıxır, nə də telefonuna zəng çatırdı.

"Bu gün qonşularının, yaxınlarının FHN və polis əməkdaşlarına müraciətindən sonra onlar aktrisanın yaşadığı mənzilin qapısını açmağa müvəffəq olublar. Səfurə İbrahimova evində yıxılı vəziyyətdə tapılıb. Hazırda aktrisanın vəziyyəti yaxşıdır".

Qeyd edək ki, Xalq artisti Səfurə İbrahimova uzun müddətdir tək yaşayır.

Azvision.az


Teqlər: Xalq-artisti   Səfurəİbrahimova  





Xəbər lenti