Putin və Yanukoviç Soçidə görüşdü

Putin və Yanukoviç Soçidə görüşdü
  08 Fevral 2014    Oxunub:1146
Soçi Oyunlarının açılış mərasimi çərçivəsində iki dövlət başçısı görüş keçiriblər.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Soçi Qış Olimpiya Oyunlarının açılışı çərçivəsində Vladimir Putin və Viktor Yanukoviç arasında tətbətək görüş keçirilib.

Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
Bundan başqa 2014 Olimpiya Oyunlarının açılış mərasiminə gəlmiş Çin, Tacikistan, Hollandiya, Türkiyə prezidentləri ilə Putin qısa görüşlər keçirib.

Ümumi qəbul zamanı isə Rusiya prezidentinin şəxsən 44 ölkə başçısı ilə dialoqu baş tutub. Bu gün isə onun Yaponiya baş naziri və Qırğızıstan prezidenti ilə görüşlərinin planlaşdırılıb.

Bundan öncəki bəyanatlarında Putin xarici həmkarları ilə keçirilən görüşlərdə dünya miqyaslı problemləri müzakirə edəcəyini söyləmişdi.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti