BMT: “Mobil telefonların sayı tualetdən çoxdur”

BMT: “Mobil telefonların sayı tualetdən çoxdur”
  22 Mart 2013    Oxunub:1402
“Tualet probleminə görə hər il 750 min uşaq ölür”
AzVision.az-ın məlumatına görə, bu barədə BMT Baş katibinin müavini Jan Eliasson danışıb. J.Eliasson 22 mart dünya su günü tədbirləri çərçivəsində təşkil olunan mətbuat konfansında insanların çirkablıq səbəbindən öldüyünü bildirib.

“Dünyada 1 milyar 100 milyon insan tualetdən kənarda öz ehtiyaclarını ödəyir. Buna görə də çox vaxt qadınlar cinsi zorakılığa məruz qalırlar”-deyə, BMT-nin rəsmisi qeyd edib.

Baş katibin müavini tualetin olmamasının bir çox xəstəliyə yol açdığını bildirib:
“Təxminən 6 milyard insanın mobil telefonu var, amma 4,5 milyar insan təmiz tualetdən istifadə edir. Bu isə o deməkdir ki, mobil telefonlardan istifadə edənlər tualetdən istifadə edənlərdən çoxdur. Dünyada 2,5milyard insan adi təmizlik vasitələrindən məhrumdur. Tualet problemi olan ölkələrdə 5 yaşından aşağı uşaqlar dünyasını dəyişir. Hər il 5 yaşdan aşağı olan 750 min uşaq bu səbəbdən həyatını itirir”.



Teqlər:





Xəbər lenti