Məzarında “Qalatasaray” bayrağı qaldırılan şəhid zabitimiz - FOTOLAR
O xatırladıb ki, sentyabr 27-də döyüşlər başlayandan düşmən Daşkəsən ərazisini də ağır artilleriyadan atəşə tutub: "Fərid həmin istiqamətdə döyüşü idarə edib. Bir gün sonra şəhid olub. Qax rayonu, Qorağan kəndində dəfn etdik. Onun müharibə kimi həyatı vardı. Vətəninə, torpağına bağlı insan idi. Əsgərləri də onu çox istəyirdilər. Əsgərləri deyirdi ki, "komandir, sən olanda biz heç kimdən qorxmuruq". Üç oğlum var və hamısı hərbçidir. Kiçik oğlum da döyüşlərdə iştirak edib. Onun Ağdərə istiqamətində idarə etdiyi texnika minaya düşmüşdü. Texnikaya ziyan dəysə də, özləri yaralanmadan salamat qurtuldular. O biri oğlum isə Tovuzda xidmət edir. İyul ayında döyüşlərdə olub. Hazırda həmin ərazidə xidmətini davam etdirir. Fərid Dursunov kiçik qardaşına demişdi ki, "döyüşlər başlayan günü çayda dəstəmazını alırsan, namazını qılırsan, əyləşirsən texnikaya. Nə geriyə baxırsan, nə də o haqda fikirləşirsən. Ancaq qabağa irəliləyirsən. Qarabağda görüşərik". Qardaşına belə vəsiyyət etmişdi. Yoldaşına məktub yazıb qoymuşdu ki, məndən narahat olmayın, şəhid olsam, özümü xoşbəxt sayaram. Vətəni sevməkdən doymurdu. Sevgisini şəhid olmaqla bildirmək istəyirdi ki, Vətən, mən səni nə qədər sevirəm. Belə bir zabit idi Fərid Dursunov. Oğlum şəhid olandan sonra Prezidentimizə məktub yazmışdım. Oğlumun davamçısı olaraq döyüşlərdə iştirak etməyə hazır olduğumu bildirmişdim. Biz Prezidentin gördüyü işlərini hər zaman dəstəkləmişik".
Şəhid atası, həmçinin qeyd edib ki, oğlunun ailəsi də "Qalatasaray" komandasının azarkeşidir: "Məzarı üzərindəki "Qalatasaray" bayrağını azarkeşlər asıblar. Fərid ailəlikcə "Qalatasaray"ın fanatı olub. Özü ilə yanaşı yoldaşı və uşaqları da "Qalatasaray"ın azarkeşləridir. Bütün oyunlarını izləyirdilər. Uşaqlar demək olar ki, oyunçuların hamısını tanıyırlar. Zaqataladan dostları gətirib bayrağı asıblar. "Qalatasaray" rəhbərliyi bundan xəbər tutsa, lap şad olarıq".
(Şəhidimizin övladları)
Anar Kəlbiyev
Azvision.az
Teqlər: Şəhid Zabit Fərid-Dursunov Qalatasaray