Aktyor Əjdər Həmidov vəfat edib

   Aktyor Əjdər Həmidov vəfat edib
  24 Noyabr 2020    Oxunub:6619
Azərbaycanın Xalq artisti, tanınmış aktyor Əjdər Həmidov vəfat edib.
Azvision.az xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının mətbuat xidmətinin rəhbəri Cavid Zeynallı məlumat verib.

Onun sözlərinə görə, insultdan əziyyət çəkən aktyor bir neçə saat əvvəl Kliniki Tibbi Mərkəzdə həyatını itirib.

Qeyd edək ki, aktyor bir sıra tamaşa və kinolarda uğurlu obrazları ilə yadda qalıb.

Azvision.az



Teqlər: ƏjdərHəmidov   aktyor  





Xəbər lenti