Moldovanın xalq artisti Azərbaycandan üzr istədi

Moldovanın xalq artisti Azərbaycandan üzr istədi
  08 Fevral 2014    Oxunub:1315
Azərbaycan Respublikasının işğal olunmuş ərazilərə qanunsuz səfər edərək "Dövlət sərhədi haqqında" qanununu pozmuş və buna görə də Xarici İşlər Nazirliyi tərəfindən tərtib olunmuş "arzuolunmaz şəxslər" siyahısına daxil edilmiş Moldova Respublikasının vətəndaşı Konstantin Moskoviç adının bu siyahıdan çıxarılması xahişi ilə Azərbaycan Respublikasının rəhbərliyinə yazılı şəkildə müraciət edib.

Bu barədə Trend-ə Xarici İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəhbəri Elman Abdullayev bildirib.

Onun sözlərinə görə, Moldova vətəndaşı bu səfərin məqsədyönlü xarakter daşımadığını və buna görə təəssüfləndiyini bildirib:

"Moldovanın xalq artisti Konstantin Moskoviç ünvanlandığı məktubunda 2009-cu ildə festival çərçivəsində Azərbaycanın işğal olunmuş ərazilərinə səfər etdiyini, bu səfərin məqsədyönlü xarakter daşımadığını və ona görə dərin təəssüf hissi keçirdiyini qeyd edərək, Azərbaycanın ərazi bütövlüyü ilə əlaqədar vətəndaş mövqeyinin Moldova Respublikasının rəsmi mövqeyi ilə üst-üstə düşdüyünü bildirib və bu məktubla Azərbaycan Respublikasının qanunlarını bir daha pozmayacağı barəsində öhdəlik götürərək, adının bu siyahıdan çıxarılmasını xahiş edib".

E.Abdullayev qeyd edib ki, Konstantin Moskoviçin yazılı müraciətinə müvafiq qaydada baxılacaq.


Teqlər:  





Xəbər lenti