İlham Əliyev həmkarını təbrik etdi

İlham Əliyev həmkarını təbrik etdi
  22 Mart 2013    Oxunub:2280
Azərbaycan prezidenti İlham Əliyev Pakistanın dövlət başçısı Asif Əli Zərdariyə ölkəsinin milli bayramı - Pakistan günü münasibətilə təbrik məktubu göndərib.
"Sizi və Sizin simanızda bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm".

Azərbaycan ilə Pakistan arasında qarşılıqlı etimad və dəstəyə əsaslanan möhkəm dostluq və sıx əməkdaşlıq münasibətləri mövcuddur. Əminəm ki, əlaqələrimizin hazırkı yüksək səviyyəsini qoruyub saxlamaq və daha da inkişaf etdirmək məqsədilə bundan sonra da birgə səylərimizi davam etdirəcəyik".

İlham Əliyev sonda pakistanlı həmkarına bu əlamətdar gündə möhkəm cansağlığı, işlərində uğurlar, dost Pakistan xalqına daim sülh və firavanlıq arzulayıb.


Teqlər:  





Xəbər lenti