Merkel: Nulandın `F...k the EU` sözləri yolverilməzdir

Merkel: Nulandın `F...k the EU` sözləri yolverilməzdir
  09 Fevral 2014    Oxunub:1014
AFR hökumətinin rəsmi nümayəndəsinin müavini Kristiane Vittsin sözlərinə görə, federal kansler Angela Merkel ABŞ dövlət katibinin müavini Viktoriya Nulandın Avropa İttifaqının ünvanına söylədiyi qeyri-korrekt sözləri “tamamilə yolverilməz ifadələr” adlandırıb.

K.Vittsin sözlərinə görə, Avropa İttifaqı Ukraynada siyasi böhranın aradan qaldırılması üzərində intensiv işləməkdə davam edir. AzVision.az xəbər verir ki, “Reuters” agentliyi AFR hökumətinin nümayəndəsinə istinadla göstərir ki, Angela Merkelin fikrincə Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton “öz işinin öhdəsindən çox yaxşı gəlir”.

Nuland ilə bağlı qalmaqala səbəb ABŞ diplomatlarının söhbətinin lent yazısı İnternetdə yayılandan sonra başlanmışdır. Söhbət zamanı dövlət katibinin müavini Avropa İttifaqı barəsində nalayiq ifadələr işlədib. Nuland Amerikanın Ukraynadakı səfiri ilə səmimi söhbət zamanı söyləyib ki, Ukrayna böhranının siyasi həlli məsələsi BMT səviyyəsində qaldırılmalıdır. Nulandın son sözləri belə olub: “F...k the EU” (“cəhənnəm olsun Avropa İttifaqı”).

İnformasiya agentləri bildiriblər ki, sonradan Nuland Avropadan olan tərəfdaşları ilə əlaqə saxlayıb onlardan üzr istəyib.


Teqlər:  





Xəbər lenti