Leyla Əliyevanın təşəbbüsü ilə forum keçiriləcək

  22 Mart 2013    Oxunub : 288
Leyla Əliyevanın təşəbbüsü ilə forum keçiriləcək
Leyla Əliyevanın təşəbbüsü ilə Rusiyada çalışan gənc azərbaycanlı həkimlərin birinci forumu keçiriləcək.
Moskvada Heydər Əliyev Fondunun vitse-prezidenti, Fondun Rusiya nümayəndəliyinin rəhbəri Leyla xanım Əliyevanın təşəbbüsü ilə Rusiyada çalışan gənc azərbaycanlı həkimlərin birinci forumu keçiriləcək.
AzVision.az-ınAzərTAc-a istinadən verdiyi məlumata görə, bu haqda Rusiya Azərbaycanlı Gənclər Birliyi (RAGB) İdarə Heyətinin üzvü Emin Hacıyev məlumat verib.

E.Hacıyev qeyd edib ki, RAGB, Azərbaycan Səhiyyə Nazirliyi, Azərbaycan Gənclər və İdman Nazirliyi və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin təşilatçılığı ilə aprelin 26-27-də keçiriləcək forumda Moskva, Sankt-Peterburq və Kazandan 100-dən çox gənc azərbaycanlı həkim iştirak edəcək.
Forumda iştirak etmək istəyənlər [email protected] elektron ünvanına və RAGB-nin rəsmi internet saytındakı xüsusi bölməyə (https://docs.google.com/file/d/0Bx6PmIDP78y1NTczRmVwd0tNdlU/edit?pli=1) müraciət edə bilərlər.

Teqlər: