Ev yandı - uşaqlar zəhərləndi

Ev yandı - uşaqlar zəhərləndi
  23 Mart 2013    Oxunub:1347
Yanğın zamanı 2 azyaşlı tüstüdən zəhərləndi
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yanğın zamanı 2 azyaşlı tüstüdən zəhərlənib və Təcili Tibbi Yardım tərəfindən xəstəxanaya aparılıb. Yaxınlıqdakı ev yanğından mühafizə olunub.

Yanğın saat 18:08-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti