Kılıçdaroğludan Rza Zərraba tələb: “Açıqlama ver”

Kılıçdaroğludan Rza Zərraba tələb: “Açıqlama ver”
  10 Fevral 2014    Oxunub:1332
“İstanbuldakı rüşvət əməliyyatı adi bir rüşvət və qaçaqmalçılıq əməliyyatı deyil. Beynəlxalq səviyyədə həyata keçirilən bir əməliyyatdır”.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyənin ana müxalifət lideri Cumhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu İstanbuldakı “rüşvət əməliyyatı”nı belə şərh edib.
Kılıçdaroğlunun sözlərinə görə, Rza Zərrab və Ərdoğan bu əməliyyatlarla bağlı geniş şəkildə açıqlama verməlidir. Bu qədər böyük bir əməliyyat həyata keçirildi, 4 nazir istefaya getdi, amma hələ də Ərdoğan bir cümlənin qulağından tutub deyir ki, bizə əməliyyat həyata keçirdilər:

“Ərdoğandan soruşuram, sənin nazirlərinə rüşvəti kim verdi? Sənə qabaqcadan təlimat verilmişdi. Niyə susursan, niyə danışmırsan? Biz ayaqqabı qutusunun içində 4,5 milyon dollardan danışırıq, Ərdoğan bizə qarşı əməliyyat həyata keçiriblər deyir. Biz 700 milyonluq saatdan bəhs edirik, Ərdoğan bizə qarşı əməliyyat həyata keçiriblər deyir. Biz kassalarda olan milyon dollardan danışırıq, Ərdoğan yenə də bizə qarşı əməliyyat həyata keçiriblər deyir”.

Mirvari Nəcəf
Qeyd edək ki, Türkiyədə keçirilən rüşvət olayında tutulan iş adamı Rza Zərrab Kamal Kılıçdaroğlunu məhkəməyə verib. Dekabrın 19-da rüşvət və qaçaqmalçılıq əleyhinə keçirilən əməliyyatda saxlanılan iş adamı partiya sədrindən 100 min türk lirəsi təzminat tələb edib.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti