Tanınmış şairə ATV-dəki işindən çıxdı
“Çox önəmli bir qərar verdim. ATV-dən ayrıldım. Çox yaxın zamanlarda müdir havalarıyla qarşınızda olacağam inşallah. Yeni, maraqlı, bəyənib sevəcəyiniz layihələrlə... Tezliklə!”.
Sevinc Çılğınn işdən ayrılmasına belə aydınlıq gətirib:
“Mən bir işin altına girirəmsə, deməli özümdən əminəm. ATV də mənə doğma idi, yaxşı kollektivimiz var idi. Amma bəlli bir yaşdan sonra əgər imkan varsa, adamın öz işi olmalıdır. Mən orda yaradıcı qabiliyyətimdən istifadə etmirdim demək olar. Sadəcə yazmaq bacarığımı kullanırdım. Elə yazılar idi ki, gecə yatmış yerdə durquzsalar yazaram. Amma, indi yaradıcılıq istəyirəm. Çünki yaradıcılıqla məşğul olmaq üçün darıxmışam. İnşallah inanıram ki, xoşunuza gələcək. Və nə qədər sərbəst, rahat, azad olduğumu da bilirsiz. Konkret rejimde darıxıram, sıxılıram. Düzdür, mənə son dərəcə güzəştlər olunurdu. Amma mən daha rahat, daha sərbəst iş rejimində çalışmaq isteyirem. Bilirsiz də, mənə sığar çərçivələr, mən çərçivəyə sığmazam”/
AzVision.az