Bakı Qələbə paradına hazırlaşır - VİDEO

  03 Dekabr 2020    Oxunub : 2915
 Bakı Qələbə paradına hazırlaşır -    VİDEO
Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda möhtəşəm hərbi parad təşkil olunacaq. Qələbə paradının dekabrın 10-da keçiriləcəyi gözlənilir.

Azvision.az -ın məlumatına görə, hazırda paytaxtın Azadlıq meydanında parada hazırlıq işləri davam edir.


Məlumata görə, döyüş əməliyyatları zamanı fərqlənən hərbi qulluqçuların bir qismi paradda keçid edəcəklər. Paradda, həmçinin bir sıra silah və texnika, pilotsuz uçuş aparatlarının nümunələri və aviasiya vasitələri nümayiş olunacaq. Eləcə də düşməndən qənimət olaraq götürülən hərbi texnikaların da nümayiş etdiriləcəyi bildirilir.

Video: Əhməd Xəlilov
Azvision.az

Teqlər: Parad   Qələbə   Ordu