Azvision.az xəbər verir ki, bunu “Qarabağ”ın məşqçisi Elçin Rəhmanov UEFA Avropa Liqasının qrup mərhələsinin V turunda Türkiyənin İstanbul şəhərindəki “Başakşehir Fatih Terim” stadionunda İsrailin “Makkabi” (Tel-Əviv) komandası ilə 1:1 hesablı heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.
“Qələbə üçün meydana çıxmışdıq. Oyunun gedişatı onu göstərirdi ki, hər iki komanda fərqlənə bilərdi, yekunda 1 xal qazandıq. Futbolçulara təşəkkür edirəm, yaxşı mübarizə apardılar, xarakter göstərdilər”, - deyə məşqçi bildirib.
Azvision.az
Teqlər:
Qarabağ