Dövlət İdarəsi məhkəməyə verildi

Dövlət İdarəsi məhkəməyə verildi
  23 Mart 2013    Oxunub:1516
Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsi məhkəməyə verilib.
Ağayev İbrahim Hümbət oğlu DİN Baş Dövlət Yol Polis İdarəsinin 2012-ci il 28 oktyabr AYP 296446 nömrəli inzibati xəta haqqında protokolun etibarsız hesab olunması barədə şikayət ərizəsi ilə Binəqədi Rayon Məhkəməsinə müraciət edib. Lakin məhkəmə şikayəti təmin etmədiyi üçün qərardan apellyasiya şikayəti verilib.

APA bildirir ki, hazırda Bakı Apellyasiya Məhkəməsində hakim Əmir Bayramovun sədrliyi ilə apellyasiya şikayəti əsasında məhkəmə prosesi davam etdirilir.


Teqlər:  





Xəbər lenti