Saakaşvili: `Ukrayna hadisələri təsirsiz ötüşməyəcək`

Saakaşvili: `Ukrayna hadisələri təsirsiz ötüşməyəcək`
  10 Fevral 2014    Oxunub:999
Ukraynada davam edən proseslərin Azərbaycan, Ermənistan, Moldova və Rusiyanın ümumi gələcəyinə təsir edəcək. Gürcüstanın keçmiş prezidenti Mixeil Saakaşvili belə bir bəyanat səsləndirib.

Keçmiş prezident, məhz “Maydan”da (Kiyevdə Müstəqillik Meydanı) baş verənlərin bütün dünyaya təsir edəcəyindən əmin olduğunu bildirib.

“ Ukrayna böyük, Gürcüstansa kiçik bir ölkədir. Ukrayna bizim üçün örnək olmalıdır. Bu, bütün ölkələrin, Azərbaycanın , Ermənistanın və Moldovanın ümumi gələcəyinə təsir edəcək. Rusiyanın da eləcə...” deyə M. Saakaşvili, ABŞ-da Ukrayna pravoslav kilsəsinin rəhbəri, Kiyev patriarxı Filaretlə görüşündə deyib.

“ Xalq mütləq qalib gələcək, və mən hadisələrin müsbət sonluqla nəticələnəcəyinə inanıram, bütün xalqları birləşdirəcək bir gələcək gələcək”- Saakaşvili qeyd edib.

“Ukraynada demokratiya və totalitarizm, demokratiya, azadlıq və diktatura müharibəsi gedir. Əgər Ukrayna diktaturaya qalib gəlsə, bu, Rusiyaya da təsir edəcək”- deyə Filaret qeyd edib. O bildirib ki, “məhz buna görə, Rusiya Ukraynada demokratiyaya imkan vermək istəmir”.

S. Həsənova


Teqlər:





Xəbər lenti