Ter-Petrosyandan vətəndaş müharibəsi xəbərdarlığı

Ter-Petrosyandan vətəndaş müharibəsi xəbərdarlığı
  05 Dekabr 2020    Oxunub:2657
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan ölkədə hakimiyyət uğrunda mübarizənin güclənməsindən dərin narahatlığını ifadə edib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan Milli Konqres partiyasının mətbuat katibi Arman Musinyan bildirib.

Ter-Petrosyanın fikrincə, münaqişə tərəflərinin iradəsindən asılı olmayaraq, bu mübarizə hər hansı bir təxribata görə vətəndaş müharibəsinə çevrilə bilər.

"Bu, yalnız Qarabağ üçün deyil, Ermənistan dövlətçiliyi üçün də son olacaqdır. Eyni zamanda, birinci prezident bu təhlükənin tam fərqində olan Nikol Paşinyan və Vazgen Manukyanın hadisələrin gedişindən yayınmaq üçün hər cür səy göstərəcəklərinə ümid edir”, - açıqlamada deyilir.

Qeyd edək ki, bu gün Ermənistan müxalifəti Paşinyanın istefası tələbi ilə ümumrespublika mitinqi keçirəcək. Mitinqdə müxalifətin baş nazir vəzifəsinə namizəd irəli sürdüyü Vazgen Manukyanın çıxışı planlaşdırılır.

Pərvanə Sultanova
Azvision.az


Teqlər: Ermənistan  





Xəbər lenti