Qələbə paradında nələrin nümayiş olunacağı açıqlandı - VİDEO

Qələbə paradında nələrin nümayiş olunacağı açıqlandı -  VİDEO
  05 Dekabr 2020    Oxunub:7457
Dekabrın 10-da keçiriləcək Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.
Müdafiə Nazirliyindən Azvision.az-a verilən məlumata görə, Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş etdiriləcək.



Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq.



Azvision.az


Teqlər: Parad   Hazırlıq  





Xəbər lenti