Eurovision milli seçimləri başladı

Eurovision milli seçimləri başladı
  10 Fevral 2014    Oxunub:1216
Fevralın 9-da "Böyük Səhnə" Eurovision milli seçim turunun ilk konsert proqramı keçrilib.

İctimai Televiziyadan AzVision.az-a verilən məlumata görə, Mübariz Tağıyev, Zümrüd Dadaşzadə, Murad Arif, Tünzalə Ağayeva və Eldar Qasımovdan ibarət münsiflər heyətinin gərgin müzakirəsindən sonra 14 nəfərdən ibarət iştirakçının arasından 10 nəfər - Fuad Əsədov, Erkin Osmanlı, Dilarə Kazımova, Elton İbrahimov, Aydın Eyvazadə, Azad Şabanov, Hülya İbadova, Xana Həsənova, Samirə Əfəndiyeva və Valeriya Həsənzadə növbəti mərhələyə keçiblər.

Qeyd edilib ki, "Böyük Səhnə" Evrovision milli seçim turunun ikinci konsert proqramı fevralın 16-sı saat 23:00-da İctimai Televiziyanın efirində baş tutacaq.

AzVision.az



Teqlər:





Xəbər lenti