Osmanlı arxivi yandırıldı - FOTO

Osmanlı arxivi yandırıldı - FOTO
  10 Fevral 2014    Oxunub:1037
Bosniya və Hersoqovinada hökumtə əleyhinə keçirilən aksiyalarda od vurulan binalardan birində Osmanlı tarixinə aid sənədlərin olduğu məlum olub. AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yanğın Osmanlı arxivinə ziyan vurub.

Arxivin müdiri Şaban Zahiroviç bildirib ki, hadisə nətuicəsində bir çox sənəd, fərman və mikrofilmlər yanıb: “Bu hadisə ölkənin mədəniyyətinə və tarixinə qarşı cinayətdir”.

Türkiyə Bosniya və Hersoqinyada yaşayan vətəndşalarına aksiyalara qoşulmamaq barədə xəbərdarlıq edib.

Ölkənin paytaxtı Sarayevoda yandırılan binalardan biri də milli arxivin olduğu nazirliyin binasıdır. Məluamta görə yanğından sonra oradakı Osmanlı və Avstriya-Macarıstan dövrünə məxsus mühüm tarixi sənədlər yoxa çıxıb.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti