Əsirlikdə olan Aminin anasına yazdığı məktub - FOTO

 Əsirlikdə olan Aminin anasına yazdığı məktub -   FOTO
  06 Dekabr 2020    Oxunub:8762
İkinci Qarabağ Müharibəsi zamanı ermənilərə əsir düşən Amin Musayev ailəsinə məktub göndərib.
Azvision.az -ın məlumatına görə, məktub Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) tərəfindən əsirin ailəsinə çatdırılıb.

A.Musayev məktubda yaxşı olduğunu bildirib və anasından özünə yaxşı baxmasını xahiş edib: "Salam, ana necəsən? mən yaxşıyam, məndən narahat olma, Allahın köməkliyi ilə hər şey yaxşı olacaq. Hər kəsə məndən salam deyin. Ana, sən özünə yaxşı bax. İnşallah, səni gələndə möhkəm görüm. Səni çox sevirəm, ana".



Qeyd edək ki, əsgər Amin Musayev Şuşa döyüşlərində yaralanaraq ermənilərə əsir düşüb. Bu yaxınlarda BQXK əməkdaşları ona baş çəkiblər.

Azvision.az


Teqlər: Amin-Musayev   Əsir  





Xəbər lenti