Suriya müxalifətində daxili savaş davam edir

Suriya müxalifətində daxili savaş davam edir
  10 Fevral 2014    Oxunub:1064
Bu dəfə mötədil müxalifətçi qrupu “İraq və Levantada İslam dövləti”ni qruplaşmasını İraqla sərhəddən çıxardıb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Suriya müxalifətində mövcud olan fikir ayrılıqları daxili müharibələrə səbəb olmaqda davam edir.

Bu dəfə “Azad Suriya Ordusu” “Əl-Nüsrə Cəbhəsi”nin döyüşçülərinin yardımı ilə radikal islamçılardan formalaşan “İraq və Levantiyada İslam dövləti” qruplaşmasını İraqla sərhəddən sıxışdırıb.
Nəticədə, yaraqlılar bu regionu tərk etməyə məcbur olublar. Zəngin neft və qaz yataqlarına malik bölgə ərazini idarə edəcək qüvvələrə ciddi maliyyə gəliri verəcək.

Son həftələr ərzində “İraq və Levantada İslam dövləti” qruplaşması Suriyanın mərkəzində və şimalında bir sıra ciddi məğlubiyyətlərə məruz qalıb. Onların kütləvi edam və kamikadze hücumları ilə vəziyyəti xeyirlərinə dəyişmək cəhdi isə hələ ki, nəticə verməyib.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti