“Facebook”un yaradıcısı ilin xeyriyyəçi adamı seçilib

“Facebook”un yaradıcısı ilin xeyriyyəçi adamı seçilib
  11 Fevral 2014    Oxunub:5090
Mark Zukerberq “Cronicle of Philanthopy” jurnalı tərəfindən nu ada layiq görülüb.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, “Facebook” yaradıcısı Mark Zukerberq və onun həyat yoldaşı Prisilla Çan “Chronicle of Philantrophy” jurnalı tərəfindən ABŞ-da ən səxavətli filantroplar (xeyriyyəçilər) seçiliblər.

Cütlük 2013-cü ildə “Silicon Valley Foundation” fonduna “Facebook”un 18 milyon səhmini hədiyyə ediblər. Rəqəmlərlə ifadə etdikdə bazar qiyməti ilə bu səhmlər 970 milyon ABŞ dolları təşkil edir.

İlk pillə uğrunda mübarizədə Mark və Prisilla Zukerberqlər Bill və Melinda Geyts cütlüyünü qabaqlayıb.

Vüqar İsmayılov


Teqlər:





Xəbər lenti