Akardan Monitorinq Mərkəzi ilə bağlı yeni açıqlama
O bildirib ki, Ermənistanın törətdiyi vəhşiliklər, o cümlədən Xocalı qətliamı hələ də yaddaşlarda yerini qoruyur. Akar, Azərbaycanın Ermənistan tərəfindən həyata keçirilən hücumların qarşısını almaq və torpaqlarını işğaldan azad etmək üçün 27 sentyabrda hərəkətə keçdiyini xatırladıb:
“44 gün davam edən, ancaq 44 il sonra da danışılacaq zəfərlə nəticələnən hərəkatla Azərbaycan torpaqları Ermənistanın işğalından qurtarılıb və 10 noyabrda atəşkəs bəyanatı imzalanıb. Cənab Prezidentimiz Rusiya Prezidenti Putinlə atəşkəsin şərtləri və qalıcı olması ilə bağlı danışıqlar apararaq atəşkəs bəyanatına lazımi dəstəyi təmin edib”.
Akar vurğulayıb ki, Türkiyə-Rusiya Birgə Monitorinq Mərkəzinin tikintisi və fəaliyyətə başlaması üçün Türkiyə-Azərbaycan-Rusiya arasında əməkdaşlıq davam edir.
Müdafiə naziri, həmçinin Atatürkün vəfat etdiyi 10 noyabr tarixinin əvəzinə Şuşanın işğaldan azad edildiyi 8 noyabr tarixinin Azərbaycanda Zəfər Günü kimi qeyd olunacağına da diqqət çəkib:
“Bu həssaslığa görə başda Azərbaycan Prezidenti İlham Əliyev olmaqla bütün azərbaycanlı qardaşlarımıza minnətdarlığımızı bildirirəm. Beləliklə, Azərbaycan “bir millət, iki dövlət” anlayışı ilə kədərdə və sevincdə bərabər olduğumuzu bir daha nümayiş etdirdi. Türkiyə bundan sonra da bütün imkanları ilə azərbaycanlı qardaşlarının yanında olmağa davam edəcək”.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Hulusi-Akar