Maya Sandunun qələbəsi rəsmən tanındı
Moldovada prezident seçkilərinin ikinci turu 15 noyabrda baş tutub.
“Fəaliyyət və Həmrəylik” partiyasının namizədi Maya Sandu səslərin 57,75 faizini qazanıb, ikinci müddətə namizəd olan prezident İgor Dodon isə 42,25 faiz səs alıb.
MSK səsvermənin nəticələrini təsdiqləyib, MDB və ATƏT-dən olan beynəlxalq müşahidəçilər seçkinin qanuniliyini qəbul edib.
Sandunun andiçmə mərasimi dekabrın 24-də keçiriləcək. Koronavirus pandemiyası səbəbindən digər dövlət başçıları mərasimə dəvət edilməyəcək.
Pərvanə Sultanova
Azvision.az
Teqlər: Moldova