ÜTT ilə danışıqlar gələn həftə başlayacaq

ÜTT ilə danışıqlar gələn həftə başlayacaq
  11 Fevral 2014    Oxunub:1370
Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olması üzrə çoxtərəfli və ikitərəfli danışıqların növbəti mərhələsi fevralın 17-dən 21-dək keçiriləcək.
Danışqılar qrupunun rəhbəri, Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyevin `Trend`ə verdiyi məlumata görə, Azərbaycanla ikitərəfli danışıqlar çərçivəsində ABŞ, Aİ, Norveç, İsveçrə və daha bir neçə ölkə iştirak edəcək.

"Biz Azərbaycan üçün vacib olan şərtlərə nail olmaq istəyirik. Həmin şərtlərə ki, onlar ölkənin inkişafına yardım edə bilərlər. Bu, uzun prosesdir. Biz danışqılar aparırıq",- deyə o, bildirib.

Bu günədək Azərbaycan ABŞ, Yaponiya, Braziliya, Ekvador, Şri-Lanka, Avropa İttiafqı, Norveç, Hindistan, Çinni TAyvan vilayəti, Kanada, İsveçrə və Hondurasla ÜTT-na daxil olmaq üzrə ikitərəfli danışıqlar prosesindədir.


Teqlər:





Xəbər lenti