“Birliyimiz Qarabağın azad edilməsi ilə taclandırıldı” - Ərdoğan

“Birliyimiz Qarabağın azad edilməsi ilə taclandırıldı” -  Ərdoğan
  11 Dekabr 2020    Oxunub:2045
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ötən gün Bakıdan geri qayıdarkən jurnalistlərin suallarını cavablandırıb.

Azvision.az xəbər verir ki, Ərdoğan Azərbaycanla əlaqələrin daha da genişlənəcəyini deyib, Qarabağın yenidən bərpa olunmasında Türkiyənin böyük rol oynayacağını bildirib.
“Azərbaycana tarixi səfər həyata keçirdik. Qarabağ Zəfəri Türkiyə-Azərbaycan əlaqələrinin tarixində dönüş nöqtəsidir. "Bir millət, iki dövlət” deyimi Azərbaycanla həmrəyliyimizin təməl fəlsəfəsidir. Bu birlik və bərabərlik Qarabağın azad edilməsi ilə taclandırıldı. Qarabağ Zəfərini gətirən 44 günlük mübarizə boyunca biz Azərbaycanın yanında olduq. İlham qardaşımla mütəmadi olaraq telefonla danışırdıq”, - deyə Ərdoğan vurğulayıb.

Aytən Zəhra
Azvision.az


Teqlər: Türkiyə   Qarabağ  



Xəbər lenti