Gürcüstan parlamentinə yeni sədr seçildi

Gürcüstan parlamentinə yeni sədr seçildi
  12 Dekabr 2020    Oxunub:1685
Gürcüstan parlamentinin yeni sədri müəyyənləşib.
Azvision.az -ın məlumatına görə, 10-cu çağırış parlamentin ilk iclasında deputat Arçil Talakvadze spiker seçilib. Onun namizədliyini 86 deputat dəstəkləyib.

Parlament sədrinin birinci müavini vəzifəsinə Gia Volski, sədr müavinləri vəzifələrinə isə Kaxa Kuçava və David Sergeyenko seçiliblər.

Qeyd edək ki, yeni parlamentdə hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyası çoxluq fraksiyası yaradıb. 90 üzvü olan fraksiyaya Mamuka Mdinaradze rəhbərlik edəcək.

Azvision.az


Teqlər: Gürcüstan   Parlament   Spiker  



Xəbər lenti