Rusiyalı sülhməramlılar qəzaya düşdü - Yaralılar var

   Rusiyalı sülhməramlılar qəzaya düşdü -    Yaralılar var
  12 Dekabr 2020    Oxunub:1760
Rusiya sülhməramlıları Ermənistanda qəzaya düşüblər.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, hadisə İrəvan-Mehri magistralında baş verib.

Məlumata görə, İrana məxsus dövlət seriya nişanlı yük maşını sülhməramlıların olduğu “KamAZ”la toqquşub. Hadisə nəticəsində iki hərbçi yaralanıb. Yaralılar yaxınlıqdakı xəstəxanaya çatdırılıblar.

Azvision.az


Teqlər: Rusiya   Ermənistan   Sülhməramlı  



Xəbər lenti