Arayikin Şuşa ilə bağlı qalmaqallı səs yazısı yayıldı
Azvision.az xəbər verir ki, erməni mətbuatında dərc edilən məqalədə Arayikin telefonda Şuşanın biabırçı şəkildə əldən getməsi, döyüşlər zamanı Ermənistanın qondarma rejimə hərbi yardım etməməsindən gileylənir.
“Teleqram” kanallarına naməlum şəxslər tərəfindən ötürülən gizlin yazılmış telefon danışığı ilə bağlı qeyd edilir ki, həyəcanlı şəkildə “onlar gəlirlər, onlar gəlirlər” deyib təkrarlayan şəxs Şuşada olan separatçı komandirlərdən biridir. Danışıq isə qondarma rejimin mətbuat katibi olmuş Vəhram Poqosyanın Şuşanın Azərbaycan hərbçiləri tərəfindən azad olunmasını elan etməsindən dərhal sonra baş tutub. Həmçinin səs yazısında Arayik Arutyunyan aciz şəkildə deyir ki, artıq 10 gündür Ermənistandan kömək istəyir, müraciətlərinin heç bir nəticəsi yoxdur.
Səs yazısında olan dialoqdan kiçik bir hissəni təqdim edirik:
Ruslan: Dünən zəng etdim, dedim yuxarı doğru bir kolon gedir və onlar birbaşa Şuşaya qalxdılar. Amma hamı susur, heç kim heç nə etmir...
Arayik: Ara, mən artıq 40 dəfə demişəm. Daha heç bir şey qalmadı, hər şey bitdi. Nə edim? Artileriya yoxdur, heç nə qalmayıb. Artıq Şuşaya qədər gəliblər. Bundan sonra artileriyadan harada istifadə edə bilərik? Onları Xankəndinə buraxıb deyim ki, "Oy, bəs niyə gəldiyinizi demədiniz?", biz hamımız şad olduq, xalq şad oldu?
Tural Tağıyev
Azvision.az