PKK atəşkəs elan etdi

PKK atəşkəs elan etdi
  23 Mart 2013    Oxunub:1207
PKK lideri: “Öcalanın qərarı bizim qərarımızdır”
PKK terror təşkilatının liderlərindən olan Murat Karayılan Abdulla Öcalanın sülh çağırışına cavab verib. AzVision.az-ın türk mətbuatına istinadən verdiyi məlumata görə, Novruz bayramı münasibətilə Almaniyanın Bonn şəhərində düzənlənən tədbirdə M. Karayılan qeyd edib ki, Abdullah Öcalanın qərarı bizim qərarımızdır.

“Biz rəsmi olaraq atəşkəs elan etdiyimizi açıqlanyırıq. PKK-lılar heç bir hücum təşkil etməyəcək. Türkiyə sərhədində olan hərbi fəaliyyətlər atəşkəs çərçivəsində planlanacaq. Amma əgər güclərimizə hücum olarsa, əlbəttə bizim birliklər özlərini qoruyacaq. Bu dünyəvi bir haqdır. Beynəlxalq qanunlarda bu da var. Əgər kimsə bizə hücum etməsə, biz heç bir terror təşkil etməyəcəyik. Hələlik dəqiqləşdiriyimiz qərarımız budur”



Teqlər:  





Xəbər lenti