Qarabağ canilərindən biri də öldü

 Qarabağ canilərindən biri də öldü
  12 Dekabr 2020    Oxunub:5218
Ermənistanın “Mantaş alayı”nın komandiri olmuş Nerses Eqoyan ölüb.
Azvision.az xəbər verir ki o, 1999-cu ildə Ermənistan parlamentində baş vermiş atışmada qətlə yetirilmiş siyasətçi, hərbçi Vazgen Sarqsyanın yaxın dostu olub.

“Polkovnik Eqoyan Qarabağ müharibəsinin aktiv iştirakçılarından olub, sonradan həyatını ordu quruculuğuna həsr edib”, - deyə erməni KİV-ləri yazıb.

Xatırladaq ki, onun oğlu, baş leytenant Benyamin Eqoyan (Monte) 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu tərəfindən məhv edilib. Nerses Eqoyan 1992-ci ildə anadan olmuş oğlunun adını terrorçu Monte Melkonyanın şərəfinə Monte qoyubmuş.

Tural Tağıyev
Azvision.az


Teqlər: Qarabağ   Erməni   Cani  





Xəbər lenti