Ərzaq növbəsinə duran ermənilər Xankəndindən qaçmağa hazırlaşır

Ərzaq növbəsinə duran ermənilər Xankəndindən qaçmağa hazırlaşır
  12 Dekabr 2020    Oxunub:2458
Xankəndinə qayıdan ermənilərin sosial-iqtisadi durumu çətinləşib.

Azvision.az xəbər verir ki, erməni KİV-lərində yer alan məlumata görə, onlar ərzaq yardımı almaq üçün növbələrə durur, saatlarla gözləməli olurlar.
“Bir vaxtlar təmiz və canlı görünən şəhərdə indi kədər, yas, itirilmiş ümidlər və qeyri müəyyənlik var. Sakinlərin çoxu kadrdan yayınaraq fotolarının çəkilməsini istəmirlər. 72 yaşlı Mardjik nənə müharibəyə səbəb olanlara və satqınlara lənət yağdırır. Növbələrdə dayanan şəhər sakinləri 90-cı illərin adamlarından heç nələri ilə fərqlənmirlər. Şəhərə gələn qaçqın ermənilər deyirlər ki, ən ciddi problemləri yaşayış yerləri ilə təmin edilməmələridir. Yaşayış evləri azdır, kirayə haqqı isə bahadır”, - deyə erməni KİV-ləri yazır.

Həmçinin, qeyd edilir ki, şəhərdə qarşıdan gələn soyuq aylarda daha ciddi problemlər yaşanacaq. Hazırda kommunal xərclərlə bağlı qeyri-müəyyənlik hökm sürür:

“Təəssüf ki, Qarabağa geri qayıdan bir çox erməni bura yeni həyata başlamaq ümidi ilə gəlsə də, artıq onlar şəhərdən getməyə çalışırlar. Ermənilər İrəvana pulsuz nəqliyyat axtarışına çıxıblar. Sakinlərin sözlərinə görə, şəhər rəhbərliyinin yüksək vədlərinə baxmayaraq, elementar həyat şəraiti üçün heç nə edilmir”.

Tural Tağıyev
Azvision.az


Teqlər: Xankəndi   İrəvan   Qaçqın  





Xəbər lenti