İranda koronavirusdan ölənlərin sayı açıqlandı

İranda koronavirusdan ölənlərin sayı açıqlandı
  12 Dekabr 2020    Oxunub:1320
İranda son sutka ərzində 8 min nəfər koronavirusa yoluxub, 221 pasiyent həyatını itirib.
Azvision.az xəbər verir ki, İran Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə virusa yoluxanların ümumi sayı 1 milyon 100 min 818-ə, pandemiya qurbanlarının sayı isə 51 min 949 nəfərə çatıb.

İndiyədək 800 mindən çox xəstə sağalaraq evə buraxılıb.

Hazırda xüsusi xəstəxanalarda müalicəsini davam etdirən 5739 pasiyentin vəziyyəti ağır olaraq qalır.

Azvision.az


Teqlər: İran   Koronavirus  





Xəbər lenti