“Məqsədimiz qan tökulməsinə son qoymaq idi” - Lavrov

   “Məqsədimiz qan tökulməsinə son qoymaq idi” -    Lavrov
  12 Dekabr 2020    Oxunub:1744
Dağlıq Qarabağ münaqişəsinin nizamlanma formatı Azərbaycan və Ermənistan tərəfindən seçilib.
Azvision.az xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov deyib.

“İndi nizamlamaya kimin, nə vaxt kömək etməyə macal tapıb-tapmaması barədə düşünmək lazım deyil. Bir daha vurğulayıram ki, münaqişənin nizamlanma formatı Azərbaycan və Ermənistan tərəfindən seçilib. Bəyanat iştirakçılarının heyəti başqa heç nə ilə deyil, məhz bununla şərtləndirilib. Bunu İranın və yaxud Türkiyənin hesabına etmək cəhdi olmayıb və ola da bilməzdi. İndi əldə olunan razılaşmaları sona çatdırmaq və qarşıdurma regionunu dinc yanaşı yaşama regionuna, ən yaxşısı, mehriban qonşuluq və əməkdaşlıq regionuna necə çevirmək barədə fikirləşmək vacibdir”,- deyə Lavrov vurğulayıb.

Dağlıq Qarabağdakı vəziyyətə gəlincə, XİN rəhbəri qeyd edib ki, bizim məqsədimiz qan tökulməsinə son qoymaq idi.

Onun sözlərinə görə, Ermənistan və Azərbaycan bunu Rusiyanın vasitəçiliyi ilə etməkdə maraqlı olduqlarını bildirdilər.

Azvision.az


Teqlər: Rusiya   Lavrov  





Xəbər lenti