ABŞ Ukraynaya sanksiya tətbiq etdi

ABŞ Ukraynaya sanksiya tətbiq etdi
  11 Fevral 2014    Oxunub:1217
Sənədə 381 konqressmen səs verib.
AzVision.az xarici KİV-lərə istinadən xəbər verir ki, Konqressin müzakirə etdiyi qətnamə “Ukrayna xalqının Avropa və demokratiya səylərinə dəstək ifadə edir və öz gələcəyini qorxu və hədə olmadan seçmək hüququnu tanıyır”.

Sənədin müəllifləri “ABŞ və Avropa Birliyini birlikdə Ukrayna böhranının sülh yolu ilə həlli istiqamətində səy göstərməyə və milyonlarla ukraynalının Assosiativ razılaşma vasitəsilə Avropaya yaxınlaşmasına dəstək olmağa çağırıb”.

Bundan başqa, qətnamədə “Ukrayna hökumətinə, müxalifətinə və bütün etiraz aksiyası iştirakçılarına qarşıdurmaya imkan verməmək” barədə çağırış yer alıb. Ukrayna hakimiyyətinə isə “beynəlxalq öhdəliklərə riayət etmək və vətəndaşların demokratik hüquqlarına hörmət etmələri” təklif olunur.

Bununla yanaşı qeyd olunur ki, Ukrayna hökuməti mütləq şəkildə “dinc etirazçılara qarşı zorakılıq aktlarına görə, məsuliyyət daşıyan şəxsləri məhkəməyə cəlb etməli və öz demokratik hüquqlarını tələb etdiklərinə görə, həbs olunmuş şəxsləri azadlığa buraxmalıdırlar”.

Qətnamədə həmçinin, “hakimiyyət tərəfindən dinc aksiyalara qarşı gələcəkdə də güc tətbiq ediləcəyi halda ABŞ Konqresinin Nümayəndələr palatası güc tətbiqi barədə əmr verən və buna görə, məsuliyyət daşıyan şəxslər barədə ayrı-ayrı sanksiyaların tətbiq olunacağı barədə xəbərdarlıq edir”.

Xatırladaq ki, 20013-cü il noyabrın 21-dən Ukraynada Avropa ilə inteqrasiya tərəfdarı olan müxalifətin geniş aksiyaları başlayıb. Kütləvi iğtişaşlara görə, məsuliyyəti sərtləşdirən qanunun qəbulu ilə etirazlar daha da şiddətlənmişdi.

Müxalifətlə, iqtidarın qarşılıqlı razılaşması əsasında “repressiv” qanunlar ləğv olunmuş, baş nazir Nikolay Azarov isə istefa vermişdi. Bununla belə, mitinq iştirakçıları hakimiyyətin tələblərini yerinə yetirməyə tələsmir və ələ keçirdikləri administrativ binaları və küçələri tərk etmirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti