Ermənistanın müdafiə naziri Rusiyaya getdi

Ermənistanın müdafiə naziri Rusiyaya getdi
  12 Dekabr 2020    Oxunub:1187
Ermənistanın müdafiə naziri Vaqarşak Arutunyan Rusiyaya işgüzar səfərə gedib.
Azvision.az xəbər verir ki, bu barədə Ermənistan müdafiə nazirliyi məlumat yayıb.

Bildirilib ki, 12 dekabrda müdafiə naziri Vaqarşak Arutunyanın rəhbərlik etdiyi nümayəndə heyəti Rusiya Federasiyasına işgüzar səfərə yola düşüb. Səfər zamanı Rusiya müdafiə naziri Sergey Şoyqu ilə yanaşı digər şəxslərlə də görüşlər planlaşdırılır.

Qeyd edək ki, bu, Vaqarşak Arutunyanın müdafiə naziri kimi Rusiyaya ilk səfəridir.

Azvision.az


Teqlər: Ermənistan   azir   Rusiya  





Xəbər lenti