Parisdə 100-dən çox etirazçı saxlanılıb

Parisdə 100-dən çox etirazçı saxlanılıb
  13 Dekabr 2020    Oxunub:1280
Fransanın paytaxtı Paris şəhərində “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinə qarşı keçirilən etiraz aksiyaları zamanı 100-dən çox nümayişçi saxlanılıb.
Azvision.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Fransa Daxili İşlər Nazirliyi məlumat yayıb.

Saxlanılan etirazçıların sayı 107 nəfərdən çoxdur.

Fransada "Qlobal təhlükəsizlik haqqında" qanun layihəsinə etiraz olaraq aksiyalar davam edir. Aksiyalar zamanı nümayişçilərlə polis arasında qarşıdurma yaranıb.

Xatırladaq ki, “Qlobal təhlükəsizlik haqqında” qanun layihəsinin 24-cü maddəsinə əsasən, xidmət zamanı polis və jandarma əməkdaşlarının görüntülərini lentə almaq qadağan edilir. Qadağanı pozan şəxslər üçün cərimə və ya bir il müddətinə həbs cəzası nəzərdə tutulub.

Etirazçıların fikrincə, yeni qadağa polis zorakılığının artmasına və mətbuat azadlığının məhdudlaşdırılmasına səbəb olacaq.

Azvision.az


Teqlər: Fransa   Paris   Etiraz   Aksiya  





Xəbər lenti