“Peyvəndin ölkəyə gətirilməsi ilə xəstəlik bitməyəcək” - ÜST rəsmisi

 “Peyvəndin ölkəyə gətirilməsi ilə xəstəlik bitməyəcək” -   ÜST rəsmisi
  13 Dekabr 2020    Oxunub:2894
“Koronavirusa qarşı vaksinlərlə bağlı vəziyyət ümidvericidir. Artıq Böyük Britaniyada əhalinin bir qismi vaksinasiyadan keçib. Azərbaycan hökuməti bu istiqamətdə bir neçə ölkə ilə danışıqlar aparır. Qısa zamanda peyvəndin gətirilməsinə başlanılacaq”.
Azvision.az xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.

Onun sözlərinə görə, peyvəndin əldə olunması xəstəliyin tam şəkildə aradan qaldırılması anlamına gəlmir.

“Peyvəndin olması çox yaxşı haldır. Bu, o deməkdir ki, artıq işıq görünür. Lakin unutmayaq ki, peyvəndin ölkəyə gətirilməsi ilə xəstəlik bitməyəcək. Əhalinin peyvənd olunması prosesi uzun bir zaman tələb edir. Bu baxımdan qorunma tədbirlərinə riayət edilməsi vacibdir", - deyə ÜST rəsmisi qeyd edib.

Azvision.az


Teqlər: ÜST   Koronavirus   Pandemiya  





Xəbər lenti