Ermənistanda keçmiş nazir saxlanılıb

Ermənistanda keçmiş nazir saxlanılıb
  13 Dekabr 2020    Oxunub:1286
Ermənistanda keçmiş təbiətin mühafizəsi naziri Vardan Ayvazyan saxlanılıb.
Azvision.az xəbər verir ki, bu barədə sabiq nazirin vəkili Miqran Poqosyan erməni mətbuatına açıqlamasında bildirib.

Onun sözlərinə görə, V.Ayvazyan noyabrın 9-dan 10-na keçən gecə etiraz aksiyalarının təşkilində şübhəli bilinir.

Qeyd edək ki, bundan əvvəl Ermənistan Milli Təhlükəsizlik Xidməti sabiq nazir Vardan Ayvazyanın mənzilində axtarış aparmışdı.

Azvision.az


Teqlər: Ermənistan   Nazir  





Xəbər lenti