Moskvada koronavirus qurbanlarının sayı artdı

Moskvada koronavirus qurbanlarının sayı artdı
  13 Dekabr 2020    Oxunub:1234
Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı açıqlanıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 72 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.

Bununla paytaxtda pandemiya qurbanlarının sayı 9870 nəfərə çatıb. Moskvada indiyədək 685,8 min yoluxma halı qeydə alınıb, 524,8 minə yaxın pasiyent xəstəliyə qalib gəlib.

Azvision.az


Teqlər: Rusiya   Moskva   Koronavirus  





Xəbər lenti